“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının “Olimpiakos”a qarşı keçiriləcək oyununu şərh edib.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis diqqətli olmağın vacibliyini bildirib:

“Bizə yaxşı oyun lazımdır. Son matçlardan sonra yenidən qələbənin dadını hiss etməliyik. Bunun üçün yaxşı, diqqətli oynamalı və bunun növbəti mərhələyə vəsiqə üçün vacib bir oyun olduğunu anlamalıyıq. 9 xalımız olmasına baxmayaraq, daha çoxunu etməliyik. “Liverpul”la oyundan və ardıcıl iki çempionat görüşündən sonra başqa nəticə istəyirik.

Mən “Olimpiakos”u təkcə Çempionlar Liqasında onlarla qarşılaşacağımız üçün deyil, həm də şəxsi hörmətimə görə diqqətlə izləyirəm. Həm baş məşqçi Mendilibara, həm də Darko Kovaçeviçə böyük hörmət bəsləyirəm. Bilirəm ki, onlar ötən il Konfrans Liqasında nə əldə ediblər. Mendilibar çox intensiv oyun üslubu ilə tanınan əla məşqçidir. O, bunu “Olimpiakos”da da tətbiq edib. "Real" Yunanıstanda bir dəfə də olsun qalib gəlməyib? Bu barədə danışmışdıq. Ümid edirəm ki, qələbə qazanacağıq. Hər şeyin bir ilki var”.

Qeyd edək ki, "Olimpiakos" - "Real" matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest