06 Noyabr 2025, 19:32
FUTBOL
Bu gün VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisi ikinci oyununu keçirib.
Matc.az xəbər verir ki, komandamız Özbəkistan futzalçıları ilə qarşılaşıb.
Oyun rəqibin 13:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Emil Həsənzadə və Fərid Abbasov fərqləniblər.
Qeyd edək ki, millimiz qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistana qarşı keçirəcək.












