06 Noyabr 2025, 11:59
MPL
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, bu gün təşkil olunan toplantıda Misli Premyer Liqasının X turunun oyunlarında baş vermiş qayda pozuntularınaa hüquqi qiymət verilib.
"Neftçi" ilə oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün "Kəpəz" 700 manat cərimələnib. Matçın 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə "Neftçi" 2500 manat cərimə edilib.
"Turan Tovuz" da 700 manat ziyana düşüb. Buna səbəb "Şamaxı" ilə görüşdə Qərb bölgəsi təmsilçisinin 4 futbolçusunun sarı vərəqə almasıdır.
"Sumqayıt" da eyni cəza ilə üzləşib. "Kimyaçılar"ın 4 oyunçusu "Araz-Naxçıvan"la oyunda sarı vərəqə görüb.












