"Tottenhem" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, London təmsilçisinin əsas hədəfi "Volfsburq"da çıxış edən Konstantinos Koulierakisdir. Bu barədə "TBR Football" məlumat yayıb.

"Tottenhem"in baş məşqçisi Tomas Frank yunanıstanlı mərkəz müdafiəçisini komandasında görmək istəyir. Premyer Liqa nəhəngi 21 yaşlı futbolçu üçün Almaniya klubuna təklif göndərəcək.

Qeyd edək ki, Konstantinos Koulierakis bu mövsüm "Volfsburq"un heyətində 11 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest