"Mançester Siti"nin yarımmüdafiəçisi Filip Foden Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı yarışın mətbuat xidməti paylaşıb.
İngilis futbolçu Liqa mərhələsinin 4-cü turunda "Borussiya" ilə oyunda iki qol vurub. Yarımmüdafiəçinin dublu komandasının Dortmund təmsilçisi üzərində 4:1 hesabı ilə qələbə qazanmasına kömək edib.
Foden səsvermədə "Ayaks" üzərində 3:0 hesablı qələbədə het-trik edən "Qalatasaray"ın hücumçusu Viktor Osimhen, "Barselona" ilə 3:3 hesablı heç-heçədə iki qol və bir məhsuldar ötürmə edən "Brügge"nin qanad oyunçusu Karlos Forbes və "Slaviya" üzərində 3:0 hesablı qələbədə iki qol vuran "Arsenal"ın yarımmüdafiəçisi Mikel Merinonu geridə qoyub.
Ümumilikdə, Foden cari Çempionlar Liqasında üç oyun keçirib və iki qol vurub.












