MLS-də mövsüm dekabr ayının sonunda başa çatır. Messi dünya çempionatına yaxşı hazırlaşmaq üçün 4 aylıq başqa kluba keçməyə isti yanaşır.
"İnter Mayami"nin futbolçusu Lionel Messi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
"Qalatasaray" argentinalı vingeri heyətinə qatmaq istəyir.
MLS-də mövsüm dekabr ayının sonunda başa çatır. Messi dünya çempionatına yaxşı hazırlaşmaq üçün 4 aylıq başqa kluba keçməyə isti yanaşır. Bunu nəzərə alan İstanbul nəhəngi ulduz futbolçunu qısamüddətli komandaya cəlb etməyə çalışır. "Sarı-qırmızılar" 38 yaşlı oyunçunun 4 aylıq maaşını ödəməyə hazırdır. "Qalatasaray" yaxın zamanda Argentina millisinin üzvü ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində keçirdiyi 38 oyunda 35 qol vurub, 18 qol ötürməsi edib. Onun ABŞ klubu ilə müqaviləsi 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulub.












