06 Noyabr 2025, 12:39
FUTBOL
"Valensiya"nın yarımmüdafiəçisi Xavi Qerra karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Arsenal" ispaniyalı futbolçunu transfer etmək istəyir. London təmsilçisi 22 yaşlı oyunçu üçün 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Xavi Qerra 2019-cu ildə "Valensiya"nın akademiyasına qoşulub. İspaniya U-21 millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində keçirdiyi 12 oyunda 2 qol ötürməsi edib.












