Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, baş məşqçi Didye Deşam noyabrın 13-də Fransada Ukrayna ilə, 16-da isə Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək D qrupunun oyunları üçün 24 futbolçu dəvət edib.

Qapıçılar: Lik Şevalye, Mayk Menyan, Bryis Samba

Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni, Uorren Zair-Emri

Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest