06 Noyabr 2025, 18:21
FUTBOL
"Qalatasaray"ın futbolçusu Yunus Akgün bir müddət komandaya kömək edə bilməyəcək.
Matc.az xəbər verir ki, qasıq nahiyəsində ağrılar olan türkiyəli vinger əməliyyat olunacaq. Bu barədə yeerli mətbuat məlumat yayıb.
25 yaşlı oyunçu əməliyyatdan sonra 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 13 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.












