"Ötən il biz ilk 2 oyunda qələbə qazananda əksər oyunçumuz mərhələni adladığımızı düşünürdü. Ancaq son görüş hər şeyi dəyişdi. Bu dəfə də hər şey son turda məlum olacaq".

"Qrupun favoritinə qarşı mübarizə apardıq. Meydana 9 legionerlə çıxmışdılar". Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu futzal üzrə "Araz" klubunun baş məşqçisi Joze Alesio da Silva deyib.

UEFA çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün Litva təmsilçisi "Vitis"lə qarşılaşan Azərbaycan çempionu 0:1 hesabı ilə məğlub olub.

Oyunla bağlı fikirlərini bildirən braziliyalı mütəxəssis uduzmalarına baxmayaraq, yaxşı çıxış etdiklərini söyləyib: "Sona qədər oyun intizamını qoruduq, hücumda da müəyyən üstünlük qazandıq. Təəssüf ki, yaratdığımız epizodları realizə edə bilmədik. Əvəzində bir səhv buraxdıq və rəqib qol vurdu. Halbuki birinci hissədəki üstünlüyümüzü ikinci hissədə də inkişaf etdirməli idik. Bu məğlubiyyətlə şansımızı itirməmişik. Uşaqlara da dedim ki, bu oyunu unudun, sabahkı matça hazırlaşın. ötən il biz ilk 2 oyunda qələbə qazananda əksər oyunçumuz mərhələni adladığımızı düşünürdü. Ancaq son görüş hər şeyi dəyişdi. Bu dəfə də hər şey son turda məlum olacaq".

"Vitis"in çalışdırıcısı Qonçalves de Arauxo Lusiano Luiz də maraqlı oyun keçdiyini vurğulayıb: "Adətən start qarşılaşmaları çətin və gərgin keçir. Güclü rəqiblə qarşılaşdıq. Ona görə də müdafiədə səhvləri minimuma endirməli idik. Xüsusilə də, qapıçınızın uzun ötürmələrinin qarşısını almaq vacib idi ki, bunu bacardıq və hücum planında da işimizi gördük. "Araz" kimi favorit komandanı məğlub etmək asan deyil. Bunun davamını gətirməliyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest