"Qalatasaray"ın müdafiəçisi Vilfred Sinqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Aston Villa" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. İstanbul klubu oyunçusunu 50 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Qalatasaray" Vilfred Sinqonu bu ilin avqust ayından "Monako"dan transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi "sarı-qırmızılar"ın heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest