"Mən də sevinirəm ki, bu komandanın baş məşqçisiyəm".

"Karvan-Yevlax" Misli Premyer Liqasının 2-ci turunda səfərdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, qonaqların baş məşqçisi Azər Həşimov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda qalib gəlmək istəyirdi. Komandamız əzmkar mübarizə aparıb lazım olan 3 xalı qazandı. Buna görə də futbolçularıma təşəkkür edirəm. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram.

- "Karvan-Yevlax" Premyer Liqada ilk qələbəsini sizin rəhbərliyinin altında qazandı. Hissləriniz necədir?
- "Karvan-Yevlax" tarixi olan klubdur. Mən də sevinirəm ki, bu komandanın baş məşqçisiyəm.Gələcəkdə daha da yaxşı olmağa çalışacağıq.

- Əsas qapıçınız Pedro Mateuş oyundan öncə zədələnib. Onun durumu necədir?
- Bizim üçün 3 qapıçının hər biri əsasdır. Sadəcə kim daha hazırdırsa, ona şans veririk. Pedronun mikrozədəsi var. Tibbi müayinədən sonra tam bilinəcək. Pedro zədələnəndən sonra Kamrana dedim ki, sənə inanıram. Bu gün də ona şans verdik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest