24 Avqust 2025, 17:31
FUTBOL
"Marsel"in hücumçusu Conatan Rou 18 milyon avroya "Bolonya"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat paylaşıb.
Bildirilir ki, 22 yaşlı ingilis İtaliya komandası ilə 30 iyun 2029-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, daha əvvəl Fransa çempionatının ilk turunun "Renn"lə oyunundan (0:1) sonra Adrien Rabio ilə paltardəyişmə otağında baş verən davaya görə Rou "Marsel"də məşqdən kənarlaşdırılıb.
"Norviç"in yetirməsi olan futbolçu "Marsel" üçün 31 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.