İngiltərə Premyer Liqa klubları bu yay "transfer pəncərəsi"ndə transferlərə rekord məbləğdə pul xərcləyib.

Matc.az xəbər verir ki, bu barədə "Transfer News Live" məlumat yayıb.

Bildirilir ki, İngiltərə çempionatının bütün təmsilçiləri heyətlərini gücləndirmək üçün 2,5 milyard funt-sterlinqdən çox pul xərcləyiblər.

Bundan əvvəl "transfer pəncərəsi" rekordu 2023-cü ildə qeydə alınıb. Qeyd edilən mövsümdə Premyer Liqada çıxış edən komandalar transferə ümumilikdə 2,36 milyard funt-sterlinq xərcələyib.

Qeyd edək ki, bir gün əvvəl Londonun "Arsenal" klubu "Kristal Pelas"ın yarımmüdafiəçisi Ebereçi Ezeni transfer etdiyini açıqlayıb. Transferin məbləği 60 milyon funt-sterlinq (təxminən 69 milyon avro) və bonuslar olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest