23 Avqust 2025, 18:34
FUTBOL
Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Əl-Əhli"yə qarşı keçirilən oyunda penaltini dəqiq yerinə yetirib və bu, onun "Əl-Nəsr"in heyətində 100-cü qolu olub.
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tarixdə dörd fərqli klub və milli komandada 100 qol vuran ilk futbolçu olub.
Matc.az xəbər verir ki, 40 yaşlı forvard Səudiyyə Ərəbistanı Superkubokunun finalında "Əl-Əhli"yə qarşı keçirilən oyunda penaltini dəqiq yerinə yetirib və bu, onun "Əl-Nəsr"in heyətində 100-cü qolu olub.
Ronaldo "Real"da 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nəsr"də 100, Portuqaliya millisinin heyətində isə 138 qol vurub.