19 Avqust 2025, 19:25
FUTBOL
"Jirona"nın sol cinah müdafiəçisi Migel Qutyerres "Napoli"nin futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionlarının mətbuat xidməti məlumat yayıb.
24 yaşlı ispaniyalı ilə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transferin məbləği açıqlanmayıb, lakin mətbuatda yayılan məlumata görə, söhbət 18 milyon avrodan gedir.
Qutyerres Madrid "Real"ının akademiyasının məzunudur. O, 2022-ci ilin yayında 4 milyon avroya "Jirona"ya keçib.
Ötən mövsüm müdafiəçi "Jirona"nın heyətində bütün turnirlərdə 36 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. 2021-ci ildə müdafiəçi İspaniyanın U-21 gənclər komandasında bir oyun keçirib.