"İnter"in müdafiəçisi Benjamin Pavar karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qalatasaray" fransalı futbolçunun xidmətində maraqlıdır. istanbul nəhəngi 29 yaşlı mərkəz müdafiəçisini icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Benjamin Pavar ötən mövsüm "İnter"in heyətində 38 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest