"Banik"in yarımmüdafiəçisi Tomas Riqo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Qalatasaray" slovakiyalı futbolçunu transfer etmək istəyir. "Sarı-qırmızılar" 23 yaşlı oyunçu üçün Çexiya klubuna təklif göndərəcək.

Futbolçu ilə "Sevilya" və "Ayaks" da maraqlanır.

Qeyd edək ki, Tomas Riqqo bu mövsüm "Banik"in heyətində keçirdiyi 5 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest