"Liverpul"un müdafiəçisi Kostas Tsimikas komandadan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yunanıstanlı sol cinah müdafiəçisi baş məşqçi Arne Slotun planlarına daxil deyil. 29 yaşlı futbolçunun "Nottingem Forest"ə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Kostas Tsimikas ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 29  oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest