11 Avqust 2025, 12:51
FUTBOL
"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
"Fənərbaxça" ukraynalı futbolçunu transfer etmək istəyir. İstanbul təmsilçisi artıq 28 yaşlı son cinah müdafiəçisi üçün London klubuna rəsmi təklif göndərib.
Qeyd edək ki, Aleksandr Zinçenko ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 23 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.