11 Avqust 2025, 11:35
FUTBOL
Braziliyalı forvard "Leira" ilə matçda 2 qol vurub. Bu oyunda "Akademika Vizeu" rəqibinə 2:3 hesabı ilə uduzub.
"Qarabağ"ın transfer etmək istədiyi Andre Klovis yeni mövsümə uğurlu start verib.
Matc.az xəbər verir ki, "Akademika Vizeu"nun hücumçusu Portuqaliya 2-ci Liqasının ilk turunda fərqlənməyi bacarıb.
Braziliyalı forvard "Leira" ilə matçda 2 qol vurub. Bu oyunda "Akademika Vizeu" rəqibinə 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Andre Klovisin Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.