11 Avqust 2025, 10:55
FUTBOL
"Mançester Siti"nin futbolçusu Savinyo Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, "The Athletic" nəşri məlumat yayıb.
"Tottenhem" Braziliya millisinin üzvünü transfer etmək istəyir. London təmsilçisi 21 yaşlı vinger üçün onun klubuna 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Savinyo ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 48 oyunda 3 qol vurub, 13 qol ötürməsi edib.