"Vilyarreal"dan ayrılan Arno Danjumanın yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, niderlandlı vinger "Valensiya" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Arno Danjuma ötən mövsüm icarə əsasında "Jirona"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest