11 Avqust 2025, 10:12
FUTBOL
Futbol üzrə Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, UEFA Konfrans Liqasında "Sabah"ın rəqibi olan "Levski" də növbəti matçına çıxıb.
Sofiya təmsilçisi doğma meydanda "Spartak"ı (Varna) qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəssi ilə başa çatıb.
"Levski" 4 turdan sonra 12 xal toplayıb.
Qeyd edək ki, "Sabah" Bolqarıstanda baş tutan ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub. Cavab görüşü ayın 14-də Bakıda keçiriləcək.