"Qalatasaray"ın "Milan"dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdıb.

Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi icarə müqaviləsinə vaxtından əvvəl xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumaat yayıb.

"Milan" bunun üçün İstanbul nəhənginə 5 milyon avro təzminat ödəyəcək. 32 yaşlı forvardın "Komo"ya transfer olunacağı gözlənilir.

Qeyd edək ki, Alvaro Morata ötən mövsümün ikinci yarısında "Qalatasaray"da çıxış edib. İspan hücumçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 16 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest