"Səbail" 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb. 

Matc.az xəbər verir ki, I Liqa təmsilçisi Tuqay Əlizadə ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tuqay Əlizadə ötən mövsümü "Araz-Naxçıvan"ın heyətində keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest