08 Avqust 2025, 20:18
FUTBOL
London "Arsenal"ının sağ cinah oyunçusu Etan Nvaneri klubu ilə yeni müqavilə imzalamağa razılaşıb.
Matc.az xəbər verir ki, bu barədə "topçular"ın saytı məlumat yayıb.
Ötən mövsüm Premyer Liqanın sonunda İngiltərədə ikinci yeri tutan komanda ilə 18 yaşlı ingilis yeni müqavilə imzalayıb, lakin müddəti açıqlanmır.
Etan "Arsenal"ın yetirməsidir və keçən mövsüm əsas komandanın daimi üzvü olub. Gənc cinah yarımmüdafiəçisi 37 matçda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.