Kinqsli Koman Kriştiano Ronaldoya komanda yoldaşı ola bilər.

Matc.az xəbər verir ki, "Əl-Nəsr" fransalı futbolçu ilə danışıqlara başlayıb.

Səudiyyə Ərəbistanı təmsilçisi futbolçuya illlik 20-25 milyon avrodan 3 mövsümlük müqavilə təklif edib. Hələlik, Koman təkliflər bağlı qərar verməyib. "Əl-Nəsr"in onun çıxış etdiyi "Bavariya" ilə də danışıqlar aparması gözlənilir.

Qeyd edək ki, Kinqsli ötən mövsümdə Almaniya Bundesliqasında 28 oyunda 5 qol və 4 ötürmə ilə yadda qalıb. Münhen klubu futbolçunun transferinə qarşı deyil.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest