"Fənərbaxça"dan ayrılan Duşan Tadiçin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, serbiyalı vinger "Əl-Vahda" ilə anlaşıb. Bu barədə Birləşmiş Ərəb Əmirlikləri klubunun mətbuaat xidməti məlumat yayıb.

36 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Duşan Tadiç ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 53 oyunda 13 qol vurub, 16 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest