08 Avqust 2025, 16:36
FUTBOL
"Beşiktaş"dan ayrılan Arrtur Masuaku İngiltərəyə qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Sanderlend" konqolu sol cinah müdafiəçisinin keçidini həll edib. 31 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Artur Masuaku ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 47 oyunda 1 qol vurub, 10 qol ötürməsi edib. O. daha əvvəl İngiltərədə "Vest Hem"in formasını geyinib.