08 Avqust 2025, 15:53
FUTBOL
"Barselona"nın hücumçusu Robert Levandovski sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuaat xidməti məlumat yayıb.
Polşalı forvard sol ayaq əzələsindən zədə alıb. 36 yaşlı futbolçu bir müddət yaşıl meydanalrdan uzaq qalacaq.
Qeyd edək ki, Robert Levandovski ötən mövsüm "Barselona"nın heyətində keçirdiyi 52 oyunda 42 qol vurub, 3 qol ötürməsi edib.