08 Avqust 2025, 15:21
FUTBOL
"Beşiktaş" "Lester Siti"dən Vilfred Ndidini transfer edib.
"Beşiktaş" "Lester Siti"dən Vilfred Ndidini transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar" nigeriyalı yarımmüdafiəçi üçün İngiltərə təmsilçisinə 8 milyon avro təzminat ödəyib. 28 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vilfred Ndidi ötən mövsüm "Lester Siti"nin heyətində keçirdiyi 30 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.