"Lill"in müdafiəçisi Bafode Diakite karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

"Bornmut" fransalı müdafiəçini transfer etmək istəyir. Premyer Liqa təmsilçisi Diakiteni PSJ-yə keçəcəyi gözlənilən İlya Zabarnıyın əvəzləyicisi kimi düşünür. Onlar 24 yaşlı mərkəz  müdafiəçisi üçün Fransa klubuna 40 milyon avroluq təklif gööndərəcək.

Qeyd edək ki, Bafode Diakite ötən mövsüm "Lill"in heyətində keçirdiyi 48 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest