08 Avqust 2025, 13:46
FUTBOL
"Fənərbaxça"nın müdafiəçisi Aleksandr Ciku karyerasını Rusiya Prremyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Spartak" qanalı futbolçunu transfer etmək istəyir. Moskva təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi üçün 5 milyon avroluq rəsmi təklif göndərib.
Qeyd edək ki, Aleksandr Ciku ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 38 oyunda 1 qol vurub.