"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço "Çelsi"yə keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Argentinalı vinger London klubu ilə şəxsi müqavilənin bütün şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma əldə olunsa, 21 yaşlı oyunçunun transferi qısa zamanda rəsmiləşəcək.

Qeyd edək ki, Alexandro Qarnaço ötən mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 58 oyunda 11 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest