"Fənərbaxça"nın hücumçusu Yussef En Nesiri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Vest Hem" mərakeşli futbolçunu transfer etmək istəyir. London təmsilçisi 28 yaşlı forvard üçün 40 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Fənərbaxça" Yussef En Nesirini ötən ilin yayında "SSevilya"dan transfer edib. Təcrübəli oyunçu İstaanbul nəhənginin heyətində keçirdiyi 51 oyunda 30 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest