"Arsenal"dan ayrılan Tomas Partinin yeni klubu məlum olub.

Matc.az xəbər verir ki, qanalı yarımmüdafiəçi karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Parti "Vilyarreal"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tomas parti ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 52 oyunda 4 qol vurub, 3 qqol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest