08 Avqust 2025, 09:56
FUTBOL
"Mançester Yunayted" "Leypziq"in hücumçusu Benjamin Şeşkonun transferini yekunlaşdırmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sloveniyalı forvard tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanıb. Onunla 5 illik müqavilə imzalanacaq.
"Mançester Yunayted" 22 yaşlı futbolçu üçün bonuslarla birlikdə 85milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Benjamin Şeşko ötən mövsüm "Leypziq"in heyətində keçirdiyi 45 oyunda 21 qol vurub, 6 qol ötürməsi edib.