06 İyul 2025, 19:57
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu müdafiəçi Teo Hernandes üçün "Milan"a 5 milyon mümkün bonus artımı ilə 20 milyon avro təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.
Bildirilir ki, klublar arasında hələlik razılıq əldə olunmayıb. "Milan" əlavə bonus ödənişləri istisna olmaqla, 25 milyon avro istəyir.
Daha əvvəl futbolçu ilə Səudiyyə Ərəbistanı komandası arasında 3 il müddətinə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı və buna əsasən fransız futbolçunun göstərilən müddət üçün maaş olaraq 60 milyon avro alacağı bildirilirdi.
Qeyd edək ki, İtaliya çempionatının ötən mövsümündə müdafiəçi 33 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.