“Sabah”da yeni məşqçi təyinatları olub. Matc.az saytının məlumatına görə, klubun əvəzedici komandasının məşqçilər korpusunda dəyişikliklər olub.

Belə ki, son mövsümdə əsas komandada çıxış etmiş Bəxtiyar Soltanov bundan sonra “Sabah-2”-də köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. Sabiq yarımmüdafiəçi 2018/19 mövsümündə (Premyer Liqa və ölkə kubokunda) 15 oyun keçirib, 2 qol vurub.

“Sabah-2”-də qapıçı məşqçisi postu isə Rauf Mehdiyevə həvalə olunub. Mehdiyev daha öncə “Simurq” FK-da, həmçinin əsas, U-19 və U-17 millilərimizdə çalışıb.

Xatırladaq ki, əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest