"1/4 final mərhələsinə nəzər yetirsək, proqnoz verməyin çətinliyini görərik. Ancaq mən düşünürəm ki, Çempionlar Liqasının favoriti Lionel Messinin oynadığı komandadı. Həmin klub da "Barselona"dı".

"Yaxşı komanda olduğumuz üçün yarımfinaldayıq. Bura qədər gəlməyimiz təsadüfi deyil". Matc.az saytı xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Mauritsio Poçettino deyib.

London təmsilçisi çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində ilk oyununda bu gün "Ayaks"ı qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşən Poçettino çL-in favoritinin adını da açıqlayıb: "1/4 final mərhələsinə nəzər yetirsək, proqnoz verməyin çətinliyini görərik. Ancaq mən düşünürəm ki, çempionlar Liqasının favoriti Lionel Messinin oynadığı komandadı. Həmin klub da "Barselona"dı. Messi olmasa, bütün yarımfinalçıların şansı bərabərləşər. O, dünyanın ən güclüsüdü və özünü çempionlar Liqasını qazanmaq üçün motivasiya edib. Uzun illərdi yüksək səviyyədə çıxış edir. Hesab edirəm ki, özü istədiyi qədər də orda qalacaq".

Qeyd edək ki, "Tottenhem" - "Ayaks" görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest