Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Region Liqasının II play off mərhələsinin "Füzuli" ilə "FC Baku" arasında keçirilən cavab oyunu barədə qərar verilib.

Məsələ burasındadı ki, həmin qarşılaşmadan sonra "Füzuli" klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb. Müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq "Füzuli" və "FC Baku" klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, "Füzuli" və "FC Baku" klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest