“Barselona”dan ayrılan Xavinin işsiz günləri qısa çəkə bilərdi. Matc.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin millidə çalışmaq imkanı yaranıb.

Fevralda “Ayaks”dan təklif alan Xavi İspaniya təmsilçisində qalmaq üçün “yox” cavabını vermişdi. Bu dəfə isə onun Cənubi Koreya millisinin sükanı arxasına keçməsi təklif olunub. Lakin Xavi bu təklifi də rədd edib.

Qeyd edək ki, Xavi 2021-2024-cü illərdə “Barselona”nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest