27 May 2024, 22:30
FUTBOL
“Bavariya”nın və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik sabah, mayın 28-də Barselonada olacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, mayın 29-da o, rəsmi olaraq “Barselona” ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, müqavilənin müddəti iki illik olacaq.