Bu gün Yüksək Liqada mövsümün sonuncu - XX turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Record club" çempionatdan kənarlaşdırıldığı üçün "Baku Fire" 3 xalı meydana çıxmadan qazanıb.
 
Bu dəfə meydana legionerlərsiz çıxan “Neftçi” mövsümə qələbə ilə yekun vurub. Son çempion “Araz-Naxçıvan” isə gözlənildiyi kimi, U-19-a qalib gəlib. Bununla da Yüksək Liqada 2023/24 mövsümü başa çatıb. "Araz-Naxçıvan" – U-19 matçından sonra komandalara mükafatlar təqdim edilib.“Neftçi”yə bürünc, “Baku Fire”ə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim olunub.
 
 
2 may
"Neftçi" İK - "Yasamal Bakı" - 15:6 
Qollar: Vahib Xocayev, 0:21, 35:32, Ülvi Əliyev, 4:42, 12:16, 24:05, 38:14, Fərid Atakişiyev, 6:11, Şahbaz Həndəmli, 18:48, 19:50, 27:54, 32:12, 33:51, Nüsrət Fərzəli, 27:35, 31:15, Mirzə Əmirov, 36:50 - Əsgər Abasov, 8:05, 31:54, Tofiq Məlikov, 8:21, 30:02, Mirəhməd Məmmədov, 20:46, Murad Ələkbərli, 26:58
Bakı İdman Sarayı. Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Ceyhun Hüseynov
Hakim-inspektor: Əfqan Həmzəyev
 
"Araz-Naxçıvan" – U-19 - 8:0
Qollar: Həsənəli Rəhimov, 7:38, Xəzər Ağalızadə, 14:00, Miloş Todoriç, 18:34, 25:30, Novruz Kazıxanov, 23:05, 28:27, 29:25, Emil Həsənzadə, 31:43
Bakı İdman Sarayı. Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Rza Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest