“Mövsümün son oyunudu. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov futzal üzrə Azərbaycan kubokunun sabah “Baku Fire” ilə keçiriləcək final görüşü haqda deyib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə danışan Kürdov həlledici qarşılaşmanı onlar üçün daha önəmli edən səbəbləri açıqlayıb: “Araz-Naxçıvan” 15 ildi Azərbaycan kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədi. İdmanda hər bir titul, uğur əzizdi”.

Ötən həftə çempionluq kubokunu başı üzərinə qaldıran Emin qarşılaşmanın maraqlı keçəcəyini qeyd edib: “Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan ikisində onları üstələmişik. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.

Mayın 7-də Bakı İdman Sarayında keçiriləcək final matçı saat 14:00-da start götürəcək. Görüşü izləmək istəyənlər üçün zala giriş sərbəstdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest