Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”in qonağı olan “Sumqayıt” meydanı 1 xalla tərk edib. Matc.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”in qonağı olan “Sumqayıt” meydanı 1 xalla tərk edib. Matc.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Bu, ölkə çempionatının 2023/24 mövsümündə “kimyaçılar”ın 12-ci heç-heçəsi olub. “Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb. Belə ki, 2015/16 mövsümündə də “Sumqayıt” 12 dəfə meydanı sülhlə tərk etmişdi.

Azərbaycan çempionlatları tarixində heç-heçə üzrə rekord say isə 14-dü. Bunu 3 fərqli mövsümdə 3 ayrı komanda bacarıb. 2009/10 mövsümünü “Neftçi”, 2012/13 sezonunu “Bakı”, 2020/21 mövsümünü isə “Zirə” 14 heç-heçə ilə tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest