İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, "Real" evdə "Kadis"lə, "Barselona" isə səfərdə "Jirona" ilə qarşılaşıb. 
 
“Real” “Kadis”ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə çatdırıb. Madrid təmsilçisinin ən yaxın izləyicisi “Barselona” isə “Jirona”ya məğlub olub. Bu görüşdən sonra “Real” çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin komandası mövsümün başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Beləliklə, “Real” tarixində 36-cı dəfə İspaniya çempionu olub. “Jirona” qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. “Barselona” isə 73 xalla 3-cü pilləyə enib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest