“Çelsi” İngiltərə Premyer Liqasının XXXVI turunda “Vest Hem”i darmadağın edib – 5:0. Matc.az xəbər verir ki, görüş “zadəganlar”ın yarımmüdafiəçisi Koul Palmer üçün əlamətdar olub.

Qarşılaşmanın 15-ci dəqiqəsində hesabı açan 21 yaşlı ingiltərəli debüt mövsümündə 21 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. İlk mövsümündə 30 qolda yaxından iştirak edən Palmer “Çelsi” tarixində bunu bacaran ikinci oyunçu olub.

O, 2000-2001 mövsümündə bunu reallaşdıran Cimmi Floyd Hasselbaynkin 23 illik rekordunu təkrarlayıb.

Bundan əlavə, Palmer həm də Robbi Fouler (1994-95 və 1995-96) və Kris Sattondan (1993-94) sonra Premyer Liqa tarixində 22 yaşa qədər bir mövsümdə 30 qolda yaxından iştirak edən üçüncü oyunçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest