“Oyuna ciddi hazırlaşmışıq. Bu gün də yekun məşqimizi keçirdik. Hər iki komanda bir-birini yaxşı tanıyır”. Matc.az xəbər verir ki, bunu “Baku Fire” klubunun kapitanı Elvin Quliyev futzal üzrə Azərbaycan kubokunun sabah “Araz-Naxçıvan”la keçiriləcək final matçı haqda danışarkən deyib.

Mayın 7-də keçiriləcək bu görüşlə futzal üzrə 2023/24 mövsümü başa çatacaq. Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən Quliyev həlledici oyundan öncə iddialı danışıb: “Araz-Naxçıvan” ölkə çempionudusa, biz də Azərbaycan kubokunun son qalibiyik. Yarımfinalda bu titula iddialı “Neftçi” İK-nı məğlub etdik. Təbii ki, məqsədimiz qələbə qazanmaq və titulumuzu qorumaqdı. Heyətimiz demək olar, yerli futzalçılardan təşkil olunub və cari çempionatı yüksək səviyyədə keçirdik. Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq”.

Kapitan sabahkı qarşılaşmaya tam hazır olduqlarını qeyd etməklə yanaşı, rəqib üçün sürpriz hazırladıqlarını da gizlətməyib: “Ümid edirəm ki, azarkeşlər və tamaşaçılar futzal adına baxımlı, maraqlı oyun izləyəcəklər. Fürsətdən istifadə edib azarkeşləri matçı izləmək üçün Bakı İdman Sarayına dəvət edirik. Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq. Çempionat başa çatdıqdan sonra sırf bu oyuna hazırlaşmışıq. Final cəmi bir oyundan ibarətdi və hər zaman fərqli üslubda oynamağı tələb edir”.

Qeyd edək ki, “Baku Fire” ölkə kubokunun ilk dəfə 2023-cü ildə qalibi olub, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” isə bu sevinci sonuncu dəfə 2008/09 sezonunda yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest